DİN AVRO-2020-nin Bakıdakı oyunları ilə bağlı məlumat yayıb

İdman

10.06.2021 - 12:44

Təhlükəsizlik tədbirlərinin görülməsi üçün bütün zəruri tədbirlər həyata keçirilib

 

Daxili İşlər Nazirliyi (DİN) AVRO-2020-nin Bakı Olimpiya Stadionunda keçiriləcək oyunları ilə bağlı məlumat yayıb.

 

DİN-in Mətbuat Xidmətindən AYNA-ya verilən məlumata görə, müraciətdə bildirilir ki, paytaxt sakinləri, əhali, avtomobil sahibləri və sürücülər Bakıda keçiriləcək AVRO-2020 oyunları ilə əlaqədar təhlükəsizliyin təmin edilməsi məqsədi ilə Bakı Olimpiya Stadionu istiqamətində şəxsi avtomobillərdən istifadənin mümkünsüzlüyünü nəzərə alıb, bu istiqamətə yalnız xüsusi məntəqələrdən ayrılmış ictimai nəqliyyatlardan istifadə etsinlər.

 

“Azarkeşlərin Bakı Olimpiya Stadionu istiqamətində hərəkəti müxtəlif ərazilərdən ayrılmış ictimai nəqliyyat vasitəsi ilə təşkil edilməsi nəzərdə tutulub. Eyni zamanda metronun “Koroğlu” stansiyasından azarkeşlər sərbəst piyada hərəkət edə bilər. Səməd Vurğun parkı yanından, metronun “Qara Qarayev” stansiyası ətrafından ayrılmış xüsusi avtobuslarla hərəkət təşkil ediləcək. Bakı Olimpiya Stadionu və onun ətrafı əməkdaşlarımız tərəfindən tam nəzarətə götürülüb. Təhlükəsizlik tədbirlərinin görülməsi üçün bütün zəruri tədbirlər həyata keçirilib”, - deyə qeyd olunub.

Müəllif: Ayna.az