Meydan sahibləri minimal hesabla qələbə qazanıblar
Bu gün 21 yaşadək futbolçulardan ibarət Azərbaycan millisi növbəti matçına çıxıb.
AYNA xəbər verir ki, AÇ-2021-in seçmə mərhələsində 2-ci qrupda yer alan Milan Obradoviçin yetirmələri Gürcüstanla üz-üzə gəlib.
Bakıda bu rəqibə 0:3 hesabı ilə uduzan yığmamız Qoridəki görüşə revanş üçün çıxıb. 3-cü yer uğrunda mübarizə aparan komandalar xal aktivlərini artırmağa çalışıblar. Yekunda meydan sahibləri minimal hesabla qələbə qazanıblar.
AÇ-2021-in seçmə mərhələsi
2-ci qrup
13 oktyabr
Gürcüstan – Azərbaycan 1:0
Qol: G.Quliaşvili, 42.
Baş hakim: Dmitri Dmitriyev (Belarus)
Qori. Tengiz Burjanadze stadionu