ABŞ Yunanıstana F-35 qırıcılarının tədarükünü təsdiqləyib

Dünya

11.04.2024 - 03:15

ABŞ Yunanıstana beşinci nəsil F-35 qırıcılarının tədarükünə razılıq vermək qərarına gəlib.

AYNA-nın xəbərinə görə, bu barədə respublikanın Milli Müdafiə Nazirliyi məlumat yayıb.

“ABŞ-nin səlahiyyətli orqanları Yunanıstana F-35 qırıcılarının tədarükü ilə bağlı rəsmi təklif və razılıq məktubunu Milli Müdafiə Nazirliyinin Müdafiə Silahları və İnvestisiyaları Baş İdarəsinə göndərib”, - məlumatda bildirilir.

“Skai” telekanalı aydınlaşdırıb ki, Yunanıstanın alacağı 20 ədəd F-35 qırıcısı ilə bağlı razılığa gəlmək üçün indi 60 gün ərzində danışıqlar aparılacaq. Ümumilikdə, Respublika Milli Müdafiə Nazirliyi bu təyyarələrdən 40-ını almağı planlaşdırır, onların tədarükünün 2028-ci ildə başlanması gözlənilir.

Müəllif: Ayna.az