“ABŞ pasportuna sahib olmaq İran hakimiyyəti tərəfindən saxlanılma üçün əsas ola bilər”
ABŞ Dövlət Departamenti Amerika vətəndaşlarını dərhal İranı tərk etməyə çağırıb və Ermənistan və ya Türkiyə vasitəsilə quru yollarla çıxmağı tövsiyə edib. AYNA.AZ xəbər verir ki, bu barədə nazirliyin veb saytında dərc olunmuş təcili açıqlamada bildirilib.
Xəbərdarlıqda qeyd olunub ki, “ABŞ pasportuna sahib olmaq İran hakimiyyəti tərəfindən saxlanılma üçün əsas ola bilər”. Vətəndaşlara həmçinin internetdə fasilələrin yaranacağını gözləmək və alternativ rabitə vasitələri üçün plan qurmaları tövsiyə olunub.
Dövlət Departamentinin bəyanatında deyilir: "ABŞ vətəndaşları internetdə fasilələrin yaranacağını gözləməli, alternativ rabitə vasitələri üçün plan qurmalı və təhlükəsiz olduğu təqdirdə İranı quru yolu ilə Ermənistana və ya Türkiyəyə tərk etməyi düşünməlidirlər".