“Düşmən Amerika və Britaniya təyyarələri Kemran adasına hücum edib”
ABŞ və Britaniya hərbi hava qüvvələri Yəmənin Kemran adasındakı husi milislərinin hədəflərinə hücum edib. AYNA xəbər verir ki, bu barədə Yəmənin “Masirah” telekanalı məlumat yayıb.
“Düşmən Amerika və Britaniya təyyarələri Kemran adasına hücum edib”, - deyə qeyd olunub.
Bundan əlavə, Qərb ölkələrinin hücumunun Səudiyyə Ərəbistanının oxşar hərəkətləri ilə üst-üstə düşdüyü bildirilir. Onların pilotsuz uçuş aparatı (PUA) iki ölkə sərhədində yerləşən Səada vilayətində hədəflərdən birini vurub.
Husilərin lideri Əbdül Malik əl-Husi daha əvvəl demişdi ki, Husilər hərəkatı İran və Livan Hizbullah hərəkatı ilə birlikdə “müqavimət oxu” ilə koordinasiyada İsrailə zərbələr endirmək qərarı verəcək.