ABŞ Ukraynaya 3 milyard dollarlıq yeni hərbi yardım paketi ayırıb

Dünya

07.01.2023 - 03:54

Həkimlər Klinikalar SEO Xidməti

Yardım paketi Vaşinqtonun Kiyevə indiyədək verdiyi ən böyük dəstəkdir

ABŞ Ukraynaya 3 milyard dollarlıq yeni hərbi yardım paketi ayırıb. AYNA xəbər verir ki, bu barədə Ağ Evin mətbuat xidməti məlumat yayıb.

Yeni yardım paketinin 225 milyon dolları Kiyevin hərbi potensialının uzunmüddətli gücləndirilməsi və Ukrayna Silahlı Qüvvələrinin modernləşdirilməsi üçün ayrılıb.

Məlumata görə, yeni hərbi yardım paketi Vaşinqtonun Kiyevə indiyədək verdiyi ən böyük dəstəkdir. Bu dəstək hərbi əməliyyatların intensivliyinin arta biləcəyi yaz fəslinədək Ukrayna Ordusunun maksimum dərəcədə gücləndirilməsinə yönəldiləcək.

Müəllif: Ayna.az

Pin up casino Pin-up casino giriş