“Biz türkmən qazını almayacağıq, bizim ABŞ-da çoxlu qazımız var"
ABŞ Türkmənistana Avropaya qaz tədarükü üçün kömək etməyə hazırdır. AYNA xarici mediaya istinadən bildirir ki, bu barədə Aşqabadda keçirdiyi brifinqdə ABŞ dövlət katibinin Cənubi və Mərkəzi Asiya məsələləri üzrə köməkçisi Donald Lu deyib.
Diplomatın sözlərinə görə, ABŞ, Azərbaycan və Türkmənistan 20 ildən artıqdır ki, türkmən qazının Avropaya nəqli imkanlarını müzakirə edir. Qaz qiymətlərinin yüksək olduğu bir vaxtda Lu bildirib ki, Türkmənistan hökuməti üçün “bu layihə haqqında yaxşı düşünmək” “çox maraqlı məqamdır.
"ABŞ hər cür kömək etməyə hazırdır, lakin biz türkmən qazını almayacağıq, bizim ABŞ-da çoxlu qazımız var", - dövlət katibinin köməkçisi vurğulayıb.
Lu həmçinin deyib ki, müxtəlif ölkələrə qaz ixrac etmək imkanı Türkmənistanı nəinki ən yüksək enerji qiymətləri ilə, həm də etibarlı təchizatla təmin edəcək.
Noyabrın əvvəlində dövlət katibinin Cənubi və Mərkəzi Asiya məsələləri üzrə köməkçisi Donald Lu söz vermişdi ki, ölkə hakimiyyəti Türkmənistan hökumətinə və ölkənin işgüzar dairələrinə anti-Rusiya sanksiyalarının mənfi nəticələri ilə üzləşməməkdə kömək edəcək.