ABŞ “Tomaqavk” raketlərini Ukraynaya verməkdən imtina edib

Dünya

18.10.2025 - 08:57

İmtina digər məsələlərlə yanaşı, Vaşinqtonun müharibəni genişləndirmək istəməməsi ilə izah olunur

ABŞ Prezidenti Donald Tramp və Ukrayna Prezidenti Volodimir Zelenski arasındakı görüşdən sonra ABŞ “Tomaqavk” qanadlı raketlərini Kiyevə verməkdən imtina edib. AYNA.AZ xarici mediaya istinadən bildirir ki, Zelenski bu barədə cümə günü Ağ Evdəki danışıqlardan sonra deyib.

Onun sözlərinə görə, bu məsələ ilə bağlı danışıqlar davam etdiriləcək. İmtina digər məsələlərlə yanaşı, Vaşinqtonun müharibəni genişləndirmək istəməməsi ilə izah olunur.

Mətbuat konfransını “Current Time” kanalı yayımlayıb. Zelenski Rusiya Prezidenti Vladimir Putinlə danışıqlara hazır olduğunu bildirib. Onun sözlərinə görə, Ukrayna hazırkı cəbhə xəttində müharibəni dayandırmağa hazırdır. O ABŞ Prezidenti ilə Ukraynanın axtardığı təhlükəsizlik təminatlarını müzakirə edib.

Zelenski ilə Trampın görüşü iki saatdan çox davam edib. Tramp görüşdən sonra “Truth” sosial media platformasında söhbətlə bağlı məlumat verib.

"Ukrayna Prezidenti Zelenski ilə görüş çox maraqlı və isti keçdi, lakin mən Prezident Putinə dediyim kimi, ona da dedim ki, qətli dayandırmağın və razılaşmağın vaxtıdır!. Bəsdir qan tökülüb, artıq bütün sərhədlər qana boyanıb. Onlar orada dayanmalıdırlar. Qoy hər ikisi qələbə elan etsin, qoy tarix qərar versin! Hər həftə minlərlə insan ölür”, - deyə qeyd edib.

Bunu şərh edən Zelenski Trampla hər iki tərəfin dayanmalı olması ilə razılaşdığını bildirib: “Ancaq biz başa düşürük ki, bütün bunlar Putinə aiddir. Bu müharibəni biz başlamamışıq”, – o deyib. O Ukraynaya sülh gətirəcək istənilən danışıqlara açıq olduğunu bildirib.

Müəllif: Ayna.az

Pin up casino Pin-up casino giriş