“İranın niyə terror aktının qarşısını ala bilmədiyi bəlli deyil”
ABŞ hökuməti İrana Kirman şəhərində gözlənilən terror aktı barədə xəbərdarlıq edibmiş. AYNA xəbər verir ki, bu barədə “The Wall Street Journal” yazıb.
Bildirilib ki, ABŞ Tehrana “İslam Dövləti” (İŞİD) təşkilatının yanvarın əvvəlində bomba partlatmağı planlaşdırdığı barədə əvvəldən məlumat verib.
“İran planlaşdırılan terror aktının yeri barədə ətraflı məlumat alıb ki, bu da onun qarşısını almağa və ya itkiləri minimuma endirməyə imkan verib. Lakin Tehran ABŞ-a bu istiqamətdəki hərəkətləri barədə məlumat verməyib. İranın niyə terror aktının qarşısını ala bilmədiyi bəlli olmasa da, ABŞ administrasiyası xarici siyasət məsələlərində İranla dialoqu intensivləşdirməyə çalışır. ABŞ ilk dəfədir ki, İrana belə məlumat verir”, - deyə məlumatda qeyd olunub.