ABŞ Slovakiyaya güzəştli qiymətlərlə hərbi texnika satacaq

Dünya

23.03.2023 - 01:47

Müdafiə naziri: “ABŞ Kiyevə verilən MiQ-29-ların müqabilində 12 "VIPER” helikopteri təklif edib”

ABŞ Kiyevə kömək etdiyi üçün Slovakiyaya güzəştli qiymətlə hərbi texnika satmaq qərarına gəlib. AYNA xəbər verir ki, bu barədə Slovakiya Müdafiə Nazirliyinin rəhbəri Yaroslav Nadı bildirib.

Onun sözlərinə görə, Bratislava Ukraynaya istismardan çıxarılan MiQ-29 qırıcılarını göndərdikdən sonra Slovakiya 12 yeni “Bell AH-1Z VIPER” helikopterini üçdə iki endirim qiymətlə ala bilər.

Nadı Slovakiya hökumətinin 1 milyard dollardan çox dəyərində bir paket üçün 340 milyon dollar ödəyəcəyi bir müqaviləni təsdiqləməli olduğunu söyləyib.

Slovakiyalı nazirin sözlərinə görə, saziş ABŞ-ın xarici hərbi maliyyələşdirmə proqramının bir hissəsi kimi təklif edilib.

Müəllif: Ayna.az