ABŞ səfirinə etiraz: BMT-nin iclasında diplomat boykot edildi

Dünya

19.10.2023 - 11:51

Teylorun çıxışı zamanı xarici nümayəndə heyətləri yerlərindən ayağa qalxaraq etiraz əlaməti olaraq üz çeviriblər

Cenevrədə keçirilən BMT İnsan Haqları Şurasının iclasının onlarla iştirakçısı ABŞ səfiri Mişel Teyloru boykot edib. AYNA xəbər verir ki, hadisənin videogörüntülərini jurnalist Süleyman Əhməd “X” sosial şəbəkəsində yayımlayıb.

Teylorun çıxışı zamanı xarici nümayəndə heyətləri yerlərindən ayağa qalxaraq etiraz əlaməti olaraq üz çeviriblər.

Yayımlanan videodan görünür ki, iclas iştirakçılarının təxminən yarısı səfirin çıxışına qulaq asmayıb.

Bununla da diplomatlar Vaşinqtonun insan haqlarına etinasız münasibətindən narazılıqlarını bildiriblər.

Müəllif: Ayna.az

Pin up casino Pin-up casino giriş