“Vətəndaşlar müstəqil, azad, açıq cəmiyyətdə yaşamaq istəyirlər, bu, onların ruhunda var”
“12 tövsiyəni yerinə yetirmək üçün Gürcüstanın həyata keçirməli olduğu islahatlar Avropa İttifaqı (Aİ) üçün deyil, Gürcüstanın özü üçündür. Vətəndaşlar müstəqil, azad, açıq cəmiyyətdə yaşamaq istəyirlər, bu, onların ruhunda var”. AYNA gürcü mediasına istinadən bildirir ki, bu sözləri ABŞ-ın Gürcüstandakı səfiri Kelli Deqnan Aİ-nin 12 tövsiyəsinin icra dinamikası və Gürcüstanın Aİ və ABŞ dəyərlərinə uyğunluğu ilə bağlı sualı cavablandırarkən deyib.
Deqnanın fikrincə, Gürcüstan Aİ və ABŞ-ın dəyərlərini tamamilə bölüşür: “Gürcüstan Aİ və ABŞ-ın sahib olduğu dəyərləri tamamilə bölüşür. Dediyim kimi, Gürcüstanın tarixi və mədəniyyəti həqiqətən məni heyran edir”.
“Gürcüstanla mövcud olan əsas, əsaslı əlaqələrimizdən biri suverenliyi və ərazi bütövlüyünü sarsılmaz dəstəkləməyimizdir. Suverenlik isə öz mədəniyyətinizi, tarixinizi, adət-ənənələrinizi qorumaq deməkdir. Biz Gürcüstana buna kömək etmək istəyirik”, Deqnan vurğulayıb.