ABŞ Rusiya nefti almaq üçün lisenziyanı 30 gün müddətinə uzadıb

Dünya

19.05.2026 - 11:43

"Maliyyə Nazirliyi ən həssas ölkələrin hazırda dənizdə qalan Rusiya neftinə çıxışı üçün 30 gün müddətinə müvəqqəti ümumi lisenziya verir”

ABŞ artıq tankerlərə yüklənmiş Rusiya nefti almaq üçün lisenziyanı 30 gün müddətinə uzadıb. Əvvəlki lisenziyanın müddəti mayın 16-da başa çatıb. AYNA.AZ xarici mediaya istinadən bildirir ki, bu barədə ABŞ maliyyə naziri Skott Bessent deyib.

"ABŞ Maliyyə Nazirliyi ən həssas ölkələrin hazırda dənizdə qalan Rusiya neftinə çıxışı üçün 30 gün müddətinə müvəqqəti ümumi lisenziya verir. Bu müddətin uzadılması əlavə rahatlıq təmin edəcək və biz bu ölkələrlə lazım olduqda xüsusi lisenziyaları əldə etmək üçün işləyəcəyik", Bessent deyib, amma hansı ölkələrdən bəhs etdiyini açıqlamayıb.

Bessent qeyd edib ki, "bu ümumi lisenziya fiziki neft bazarının sabitləşməsinə və tədarükün enerji baxımından ən həssas ölkələrə çatmasını təmin etməyə kömək edəcək”.

“Bu, həmçinin Çinin endirimli qiymətlərlə neft yığmaq qabiliyyətini azaltmaqla mövcud tədarükün ən çox ehtiyacı olan ölkələrə yönləndirilməsinə kömək edəcək", - nazir vurğulayıb.

“Reuters” mənbəsinin məlumatına görə, Hörmüz boğazının bağlanması səbəbindən neft tədarükü dayandırılan bir neçə Fars körfəzi ölkəsi ABŞ Maliyyə Nazirliyindən lisenziyanın uzadılmasını istəyib.

Müəllif: Ayna.az

Pin up casino Pin-up casino giriş