ABŞ ordusu Suriya və İraqdakı iranyönlü qrupların hərbi hədəflərinə zərbələr endirəcək

Dünya

02.02.2024 - 14:35

cedabet dərman SEO Xidməti

CBS: ABŞ İran hədəflərinə zərbələr endirmək planlarını qəbul edib, bu həftə sonu başlaya bilər

ABŞ Yaxın Şərqdəki bazalarına hücumlara cavab olaraq, bu həftədən etibarən Suriya və İraqdakı iranyönlü qrupların hərbi hədəflərinə zərbələr endirməyə başlaya bilər. AYNA xəbər verir ki, bu barədə ABŞ-dan olan rəsmilərə istinadən “The Wall Street Journal” məlumat yayıb.

Qəzet yazır ki, Vaşinqtonun cavabı "çox səviyyəli" olacaq və çox güman ki, bu həftə sonu başlayacaq.

Mənbə bildirib ki, plan ABŞ-ın münaqişəni daha ​​da gərginləşdirməyə çalışmadığını göstərən digər addımlarla hərbi əməliyyatları birləşdirməkdir.

“CBS News” fevralın 1-də məlumat yayıb ki, ABŞ Prezidenti Co Bayden administrasiyası İran hədəflərinə zərbələr endirmək planlarını təsdiqləyib. Nəşrin məlumatına görə, hakimiyyət bir neçə gün ərzində əməliyyata başlamaq niyyətindədir.

Müəllif: Ayna.az

Pin up casino Pin-up casino giriş