Marko Rubio vizalarını ləğv etmək üçün səlahiyyətlərindən istifadə edib
ABŞ dövlət katibi Marko Rubio və onun rəhbərlik etdiyi Dövlət Departamenti ABŞ hakimiyyəti tərəfindən ölkə üçün təhlükəli hesab edilən bəzi qanuni miqrantlar üçün vizaları ləğv edib. AYNA.AZ bildirir ki, bu barədə Ağ Evin mətbuat katibi Kerolin Livitt deyib.
Levitt “Fox News”a verdiyi müsahibədə bildirib ki, "Rubio ABŞ-a qanuni yolla gələn, lakin ölkəmiz üçün risk yaradan və əvvəlcə heç vaxt buraxılmamalı olan çoxsaylı şəxslərin vizalarını ləğv etmək üçün səlahiyyətlərindən istifadə edib".
Levittin sözlərinə görə, ABŞ Dövlət Departamenti viza müraciətçiləri üçün tələbləri və yoxlama prosedurlarını əhəmiyyətli dərəcədə sərtləşdirib.