ABŞ Milli Kəşfiyyatı: Rusiyanın nüvə arsenalı dünyanın ən güclüsüdür

Dünya

09.03.2023 - 08:52

cedabet dərman SEO Xidməti

“Rusiya nüvə silahı sahəsində öz imkanlarını genişləndirməkdə və modernləşdirməkdə davam edir”

Amerika kəşfiyyatı Rusiyanın nüvə arsenalını dünyada ən güclü hesab edir. AYNA xarici mediaya istinadən bildirir ki, bu qiymətləndirmə ABŞ Milli Kəşfiyyatının direktoru Avril Haynsın ofisinin saytında dərc olunan qlobal təhlükələrin qiymətləndirilməsi ilə bağlı hesabatının ictimai hissəsində verilib.

Sənəddə qeyd edilib ki, Rusiyanın nüvə arsenalı təkmilləşməkdə davam edir, qeyri-strateji zərbə sistemlərinin çeşidi genişlənir.

“Rusiya ən böyük və ən güclü nüvə silahı ehtiyatına malikdir və nüvə silahı sahəsində öz imkanlarını genişləndirməkdə və modernləşdirməkdə davam edir”, - sənəddə vurğulanıb.

ABŞ Milli Kəşfiyyatı həmçinin iddia edir ki, Moskva ABŞ-ın raketdən müdafiə sistemlərinə nüfuz etmək üçün nəzərdə tutulmuş nüvə qabiliyyətinə malik uzaqmənzilli raketlər hazırlamağa davam edir.

Bundan əvvəl ABŞ kəşfiyyat orqanları Rusiyanın NATO ilə birbaşa hərbi münaqişəsinin olmasını istəmədiyini açıqlayıb. ABŞ kəşfiyyatının hesabatına görə, Rusiya hakimiyyəti indiyədək Ukraynadakı münaqişəni onun hüdudlarından kənara çıxara biləcək hərəkətlərdən yayınıb. Eyni zamanda, agentlik eskalasiya risklərini yüksək qiymətləndirib.

Müəllif: Ayna.az

Pin up casino Pin-up casino giriş