ABŞ Krım və Sevastopolda keçirilən “seçkiləri” pislədi

Dünya

15.09.2020 - 15:24

Həkimlər Klinikalar SEO Xidməti

Dəfirlik: “Bu vaxta qədər sanksiyalar ləğv olunmayacaq”

 

ABŞ Krım və Sevastopolda keçirilən “seçkiləri” pislədi və tanımadı. AYNA xəbər verir ki, bu barədə bəyanat ABŞ-ın Ukraynadakı səfirliyi tərəfindən verilib.

 

“Rusiya Ukraynanın ərazilərini güclə ələ keçirdi və ölkənin suverenliyini, ərazi bütövlüyünü pozdu. Rusiya Krım üzərindəki nəzarəti Ukraynaya qaytarmayana və Donbassdan ayrılana qədər sanksiyalar ləğv olunmayacaq”, - deyə səfirliyin bəyanatında vurğulanıb.

 

Səfirliyin “Twitter” hesabında yayımlanan bəyanat mətninin girişində “sözdə seçki” və “Krım Ukraynadır” həştəqi qeyd edilib.

 

Qeyd edək ki, bundan əvvəl Avropa Birliyi “səsvermənin” nəticələrini tanımaqdan imtina etdiyini açıqlayıb. Avropa Birliyi dövlətləri “seçkilər”i qanunsuz adlandırdır və Ukrayna dövlətinin ərazi bütövlüyünün təmin olunmasına çağırış ediblər.

 

Qeyd edək ki, sentyabrın 13-də Krım və Sevastopolda separatçılar mer “seçkisi” keçiriblər. Ukrayna Xarici İşlər Nazirliyi Krımda və Sevastopolda keçirilən “seçkilər”lə bağlı sərt bəyanat yayıb.

 

Xatırladaq ki, Krım 2014-cü ilin martında yarımadada keçirilən referendumdan sonra Rusiya Federasiyasının tərkibinə daxil olub. Referendum Avropa Birliyi və NATO ölkələri tərəfindən tanınmır. Ukrayna bununla ərazilərinin Rusiya tərəfindən işğal olunduğunu elan edib.

Müəllif: Ayna.az

Pin up casino Pin-up casino giriş