ABŞ İsrailə xəbərdarlıq edib: İrana hücum edilərsə...

Dünya

16.04.2024 - 10:51

“ABC News”: ABŞ İrana hücum edəcəyi təqdirdə İsrailə kömək göstərməyəcək

ABŞ İsrailə xəbərdarlıq edib ki, İrana qarşı cavab tədbirləri görüləcəyi təqdirdə yəhudi dövləti təkbaşına qalacaq. AYNA xəbər verir ki, bu barədə “ABC News” məlumat yayıb.

Telekanalın mənbələrindən biri deyib ki, Vaşinqton Yaxın Şərqdə daha böyük münaqişənin, təxribatın qarşısını almaq üçün Tehrana qarşı hücumu dəstəkləmək niyyətində deyil.

Başqa bir mənbə isə müvafiq mesajın birbaşa İsrailin yüksək rütbəli rəsmilərinə çatdırıldığını bildirib.

Kanal qeyd edib ki, ABŞ-ın ən yaxın müttəfiqlərindən birinə dəstək vermək istəməməsi qəribə görünür, lakin bu, ABŞ-ın Qəzza zolağında yəhudi dövlətinin hərəkətlərindən narazılığı ilə izah olunur.

Bundan əvvəl məlum olmuşdu ki, Amerika lideri Co Bayden İsrailin Baş naziri Benyamin Netanyahuya İrana cavab zərbələri endirməməsi barədə xəbərdarlıq edib.

Müəllif: Ayna.az