2 nəfər ölüb, 3 yaralı var
ABŞ İranın Xuzistan vilayətinin Abadan şəhərinə hücum edib. AYNA.AZ “Tasnim”ə istinadən xəbər verir ki, bu barədə vilayət merinin müavini bildirib.
Onun sözlərinə görə, günorta saatlarında həyata keçirilən raket hücumlarında 2 nəfər ölüb, 3 nəfər isə xəsarət alıb.
Hücumların hansı obyektləri hədəfə aldığı ilə bağlı ətraflı məlumat yoxdur.