ABŞ İran ətrafına dəniz piyadalarının yerləşdirilməsini sürətləndirib

Dünya

23.03.2026 - 14:53

Amerika Xarq adasını ələ keçirmək məqsədilə əməliyyata hazırlaşır

ABŞ İranın Xarq adasını ələ keçirmək məqsədilə mümkün əməliyyatda iştirak etmək üçün Yaxın Şərqə dəniz piyadaları bölmələrinin yerləşdirilməsini sürətləndirib. AYNA.AZ xəbər verir ki, bu barədə “The Jerusalem Post” mənbələrə istinadən məlumat yayıb.

Nəşrin mənbələrə istinadən verdiyi məlumata görə, ABŞ-ın yüksək vəzifəli rəsmiləri bu yaxınlarda İsrail və digər ölkələrdəki həmkarlarına ABŞ-ın Xarq adasını ələ keçirmək üçün quru hərbi əməliyyatına başlamaqdan başqa çarəsi qalmayacağını bildiriblər.

Amerikalı rəsmi “The Jerusalem Post” qəzetinə təsdiqləyib ki, "ABŞ ordusu minlərlə dəniz piyadası heyətinin Yaxın Şərqə yerləşdirilməsini sürətləndirib".

“Axios” əvvəllər mənbələrə istinadən ABŞ administrasiyasının Xarq adasını dəniz blokadası və ya ələ keçirməyi nəzərdən keçirdiyini yazıb. Portalın məlumatına görə, Vaşinqton İranı Hörmüz boğazını "açmağa" məcbur etməyə ümid edir.

Müəllif: Ayna.az

Pin up casino Pin-up casino giriş