ABŞ-ın “sülh planı” Ukraynanın əsas məqsədlərinə çatmasını təmin edəcək - İDDİA

Dünya

25.11.2025 - 14:11

"Rəsmilər yekun “sülh planı”nın Ukraynanın əsas məqsədlərinə çatmasını təmin edəcəyinə söz verirlər"

Ukraynada nizamlanma üzrə ABŞ-ın “sülh planı”nın yekun versiyası Kiyevin münaqişədəki məqsədlərinə çatmasını təmin edəcək. AYNA.AZ xəbər verir ki, bu barədə “The Wall Street Journal” yazıb.

Nəşrin məlumatına görə, "rəsmilər yekun “sülh planı”nın Ukraynanın əsas məqsədlərinə çatmasını təmin edəcəyinə söz verirlər".

Qeyd olunub ki, Amerika və Ukrayna tərəfləri Cenevrədə keçirilən görüşdə planın Kiyev üçün daha məqbul olması naminə dəyişikliklər etmək, o cümlədən Ukrayna silahlı qüvvələrinin sayının artırılması və Ukraynanın NATO-ya qoşulmasını qadağan edən ifadələrin aradan qaldırılması barədə razılığa gəliblər.

Müəllif: Ayna.az

Pin up casino Pin-up casino giriş