"Bu, ABŞ üçün maraqlı bir məsələ deyil və hazırda biz bununla maraqlanmırıq"
"ABŞ Qəzza zolağında müvəqqəti hərbi baza qurmağı planlaşdırmır". AYNA.AZ xarici mediaya istinasən xəbər verir ki, bu sözləri Ağ Evin mətbuat katibi Kerolayn Levitt deyib.
"Bu xəbər tək bir kağız parçasına əsaslanır. Hərbi Dəniz Qüvvələrində birinin gələcək ideyası ilə bağlı apardığı araşdırma bir müxbir tərəfindən rəsmi plan kimi şərh edildi və ABŞ-ın məsələni araşdırdığı iddia olunaraq xəbər dərc edildi", bildirib.
"Mən ABŞ federal hökumətinin ən yüksək səviyyəli rəsmilərindən məlumat aldım. Bu, ABŞ üçün maraqlı bir məsələ deyil və hazırda biz bununla maraqlanmırıq", - Livitt bildirib.