Polşanın müdafiə naziri “F-22 Raptor” qırıcılarının çatdığını açıqlayıb
ABŞ-dan “F-22 Raptor” hərbi qırıcıları Polşaya çatıb. AYNA bildirir ki, bu barədə Polşanın müdafiə naziri Mariuş Blaşçak “Twitter” hesabında yazıb.
“Amerikanın “F-22 Raptor” qırıcıları Polşaya endi. Dünyanın ən müasir təyyarələrindən bəziləri alyansın şərq cinahını dəstəkləməyə davam edərək polşalı pilotlarla qarşılıqlı əlaqədə olacaq”, – nazir qeyd edib.
Bundan əvvəl Polşa hakimiyyəti ölkədə NATO-nun şərq cinahının logistik arxa hissəsinin yaradıldığını elan edib. Povidzia və digər bölgələrdəki anbarlarda Şimali Atlantika Alyansının bir neçə min hərbi texnikasının olacağı dəqiqləşib.