Bazanın yaxınlığındakı qəbiristanlıqdan raket atıcı qurğuları tapılıb
İraqın Kərkük şəhərində ABŞ əsgərlərinin olduğu K1 hərbi bazasına raket zərbələri endirilib.
AYNA xarici KİV-ə istinadən xəbər verir ki, hücum nəticəsində bazaya ciddi ziyan dəydiyi bildirilir. Təhlükəsizlik qüvvələri hadisədən sonra bazanın yaxınlığındakı qəbiristanlıqdan raket atıcı qurğuları tapıblar.
Onlar hadisəni törədənlərin tapılması isitqamətində işləri davam etdirirlər.