ABŞ-ın İraqdakı bazasına PUA ilə hücum edilib

Dünya

15.12.2023 - 13:15

cedabet dərman SEO Xidməti

Hücum İsrailin Qəzza zolağında keçirdiyi əməliyyatla əlaqələndirilib

İsrailin Qəzza zolağında keçirdiyi əməliyyata cavab olaraq Amerikanın İraqdakı Ayn əl-Əsəd aviabazasına pilotsuz təyyarələrlə (PUA) hücum edilib. AYNA xəbər verir ki, bu barədə “FarsNews” məlumat yayıb.

Qeyd edilib ki, bu gün səhər İraqın şiə silahlı qruplaşması pilotsuz təyyarədən istifadə edərək ABŞ bazasına hücum barədə məlumat ötürüb. Hücum İsrailin Qəzza zolağında keçirdiyi əməliyyatla əlaqələndirilib.

Dəymiş ziyanın təfərrüatları barədə məlumat verilməyib.

Ayn əl-Əsəd hava bazası bundan əvvəl də İsrail hərbi əməliyyatlarının başlamasından sonra İraq şiə qrupları tərəfindən dəfələrlə hücuma məruz qalıb. Noyabrın 15-də İraq şiələri hərbi obyektə raketlərlə hücum ediblər. Oktyabrın 19-da bazaya çoxsaylı raket sistemlərindən atəş açılıb.

Müəllif: Ayna.az

Pin up casino Pin-up casino giriş