Üç əsgər həlak olub, onlarla hərbçi yaralanıb
İordaniyadakı ABŞ hərbi bazasına PUA zərbəsi endirilməsi nəticəsində onlarla insan yaralanıb. AYNA xəbər verir ki, bu barədə CNN məlumat yayıb.
Telekanalın məlumatına görə, üç əsgəri xilas etmək mümkün olmayıb.
Pentaqon Qəzza müharibəsi başlayandan bəri ilk dəfədir ki, belə bir hücumda itkilər olduğunu etiraf edir.
Mərkəzi Komandanlıq bu məlumatları təsdiqləyib və dəqiqləşdirib ki, zərbə İordaniyanın şimal-şərqində, Suriya ilə sərhəd yaxınlığında yerləşən bazaya zərbə endirilib.
Kanal hadisəni Yaxın Şərqdə onsuz da gərgin olan vəziyyətin əhəmiyyətli dərəcədə gərginləşməsi ilə izah edib.