Hizbullah təşkilatının səlahiyyətliləri hazır olduqlarını söyləyiblər
ABŞ Müdafiə Nazirliyi (Pentaqon) İranın dəstəklədiyi Hizbullah təşkilatının İraq və Suriyadakı 5 hədəfini vurması ilə bağlı məlumat yayıb. AYNA xarici mətbuata istinadən xəbər verir ki, hadisə nəticəsində 25 nəfər dünyasını dəyişib.
İran Xarici İşlər Nazirliyi hücumu qınayaraq, hadisənin terror aktı olduğunu söyləyib: “Bu hücumlarla ABŞ terrorizmə güclü dəstək verərək İraq və Suriyanın suverenliyinə məhəl qoymadığını göstərdi”.
Hizbullah təşkilatının səlahiyyətliləri isə ABŞ-la müharibənin mümkün bir variant olduğunu və bunun üçün hazır olduqlarını söyləyiblər.