ABŞ hərbi kontingentini İraqdan çıxarır?

Dünya

26.01.2024 - 11:34

cedabet dərman SEO Xidməti

Lavrentyev: “İraq ABŞ-ın hərbi kontingentini geri çəkməyə hazır olması barədə Rusiyanı xəbərdar edib”

İraq ABŞ-ın öz kontingentini ölkədən çıxarmağa hazır olması barədə Rusiyaya məlumat verib. AYNA “RİA Novosti”yə istinadən bildirir ki, bu barədə Rusiya Prezidentinin Suriya üzrə xüsusi nümayəndəsi Aleksandr Lavrentyev deyib.

Onun sözlərinə görə, iraqlı həmkarları məlumat veriblər ki, ABŞ-ın Bağdaddakı səfiri Vaşinqtonun İraqın tələbini yerinə yetirməyə hazır olduğunu bəyan edib və bu, parlamentin qərarı ilə təsdiqlənib.

“Mən hətta iraqlı dostlarımızdan tələbləri yerinə yetirməkdən imtina edib-etmədiklərini xüsusi olaraq soruşdum. Onlar cavab verdilər ki, Birləşmiş Ştatlar razılaşıb”, - Lavrentyev qeyd edib.

Bundan əvvəl Pentaqonun rəhbəri Lloyd Ostin Amerika tərəfinin yaxın vaxtlarda İraqla ölkələr arasında mövcud əməkdaşlıq formatının dəyişdirilməsi ilə bağlı danışıqlara başlayacağını təsdiqləyib.

Müəllif: Ayna.az

Pin up casino Pin-up casino giriş