ABŞ-də zəlzələ baş verib

Dünya

05.04.2024 - 20:51

cedabet Klinikalar SEO Xidməti

Zəlzələnin episentri Nyu-Cersi ştatında qeydə alınıb

ABŞ-nin Nyu-Cersi ştatında 4,8 maqnitudada zəlzələ baş verib. AYNA xəbər verir ki, zəlzələ yerli saatla səhər saat 10:20-də baş verib.

ABŞ Geoloji Xidmətinin məlumatına görə, zəlzələnin episentri Nyu-Yorkdan 40 mil qərbdə, Nyu-Cersi ştatında "Whitehouse Station" yaxınlığında qeydə alınıb.

Bildirilib ki, itki və dağıntılar barədə məlumat daxil olmayıb.

Müəllif: Ayna.az

Pin up casino Pin-up casino giriş