ABŞ-da fırtına nəticəsində ölənlər var

Dünya

19.12.2023 - 20:47

cedabet dərman SEO Xidməti

Bölgədə güclü külək və daşqınlar yaşanıb

ABŞ-nin şimal-şərqində güclü fırtınalar nəticəsində azı 3 nəfər ölüb. AYNA xəbər verir ki, bu barədə ABC televiziyası məlumat yayıb.

Məlumata görə, 600 mindən çox insan elektrik enerjisiz qalıb. Bölgədə güclü külək və daşqınlar yaşanıb.

Bildirilib ki, Nyu-York rəsmiləri daşqın xəbərdarlığı edib. Şəhər sakinlərinə şəxsi avtomobilləri ilə səyahət etməmək və ictimai nəqliyyatdan istifadə etmək tövsiyə olunur.

Qeyd edilib ki, regiondakı hava limanlarında 500-dən çox reys təxirə salınıb.

Müəllif: Ayna.az

Pin up casino Pin-up casino giriş