ABŞ-də dövlət bayraqları endiriləcək

Dünya

26.10.2023 - 19:29

cedabet dərman SEO Xidməti

Lyuiston şəhərində əyləncə mərkəzində silahlı insidentdə 22 nəfər ölüb

ABŞ Prezidenti Cozef Bayden Men ştatının Lyuiston şəhərində baş verən atışmada ölənlərin xatirəsinə hörmət əlaməti olaraq ölkədəki bayraqların yarıya endirilməsi barədə əmr imzalayıb.

AYNA bu barədə Ağ Evin mətbuat xidmətinə istinadən xəbər verir.

Qeyd edək ki,ABŞ-də Men ştatının Lyuiston şəhərində yerləşən əyləncə mərkəzlərinin birində silahlı insident nəticəsində 22 nəfər ölüb. Naməlum şəxsin avtomatdan açdığı atəş nəticəsində 60 nəfər yaralanıb. Polis Men ştatında atəş açan şəxsin axtarışlarını davam etdirir.

Müəllif: Ayna.az

Pin up casino Pin-up casino giriş