ABŞ-də bu mövsüm azı 16 min insan qripdən ölüb

Dünya

18.02.2024 - 08:30

cedabet dərman SEO Xidməti

Mövsümi qripə yoluxma hallarında artım qeydə alınır

ABŞ-də bu il mövsümi qripdən azı 16 min nəfər ölüb. AYNA xəbər verir ki, bu barədə ABŞ-nin Xəstəliklərə Nəzarət və Onların Qarşısının Alınması Mərkəzlərinin dərc etdiyi məlumatda deyilir.

ABŞ-nin bəzi ştatlarında mövsümi qripə yoluxma hallarında artım qeydə alınır. Ötən həftə qrip virusu səbəbindən uşaqlar arasında səkkiz ölüm hadisəsi baş verib. Mövsümün əvvəlindən isə həyatını itirən uşaqların sayı 82 nəfərə çatıb.

Son həftə ərzində 11 minə yaxın insan ağırlaşmış qrip diaqnozu ilə xəstəxanalara yerləşdirilib. ABŞ-ın səhiyyə xidmətləri hər kəsə illik qrip peyvəndi vurdurmağı tövsiyə edir.

Müəllif: Ayna.az

Pin up casino Pin-up casino giriş