ABŞ Venesuelanın 15 təyyarəsini sanksiyalar siyahısına salıb
ABŞ hökuməti 15 təyyarəni də siyahıya salmaqla, Venesuelaya qarşı sanksiyalar siyahısını genişləndirib.
AYNA APA-ya istinadən xəbər verir ki, bu barədə ABŞ Maliyyə Nazirliyinin Xarici Aktivlərə Nəzarət İdarəsi məlumat yayıb.
Söhbət kiçikhəcmli təyyarələrdən, o cümlədən "Learjet 45", "Beechcraft 1900D", "Falcon 900" və "Falcon 200" tipli biznes-jetlərdən gedir.