Göteborqda 2 min nəfərin iştirakı ilə irqçilik əleyhinə etiraz aksiyası keçirilib
ABŞ-da Corc Floydun öldürülməsinə etiraz olaraq başlayan genişmiqyaslı etiraz aksiyaları ABŞ xaricində də yayılmağa başlayıb. AYNA xəbər verir ki, İsveçin ikinci ən böyük şəhəri Göteborqda 2 min nəfərin iştirakı ilə irqçilik əleyhinə etiraz aksiyası keçirilib.
Nümayişçilərin polis maşınlarına daş və müxtəlif alətlərlə hücum etməsi nəticəsində şəhər polisi əlavə dəstək istəyib. Lakin aksiya zamanı 30-a yaxın nəqliyyat vasitəsi etirazçılar tərəfindən yandırılıb. İsveç polisi hadisə ilə bağlı araşdırma aparıldığını bildirib.