Hadisə Luiziana ştatında anım mərasimi zamanı baş verib
ABŞ-ın Luiziana ştatında anım mərasimi zamanı silahlı insident baş verib. AYNA xarici mediaya istinadən bildirir ki, polisə Boqalusa şəhərində atışma barədə məlumat daxil olub.
Hadisə yerinə gələn polis ərazidə güllə yarası almış bir neçə nəfərin olduğunu aşkarlayıb. Məlumata görə, atışma zamanı 13 nəfər yaralanıb, onlardan birinin vəziyyəti ağırdır.