Xəsarət alanlardan 2-i yanğınsöndürəndir
ABŞ-da oteldə partlayışla nəticələnən yanğın olub.
AYNA "Report"a istinadən xəbər verir ki, hadisə Nyu-Qempşir ştatında, Lebanon şəhərində qeydə alınıb. Hadisə zamanı 10 nəfər xəsarət alıb.
Qeyd edilir ki, xəsarət alanlardan 2-i yanğınsöndürənlər, 8-i otelin kirayənişinlərdir. Onların sağlamlığı üçün hər hansı təhlükənin olmadığı bildirilir.
Otelin 75 kirayənişini digər otelə köçürülüb.