ABŞ-da kütləvi qətllərlə bağlı statistika açıqlanıb
2019-cu ildə ABŞ-da kütləvi qətllərin sayı rekord həddə çatıb.
AYNA xəbər verir ki, bu barədə “Associated Press” məlumat yayıb.
Yayılan məlumatlara görə, 2019-cu ildə ABŞ-da 4 və ya daha çox insanın cinayətkarlar tərəfindən qətlə yetirilməsi ilə nəticələnən 41 hadisə qeydə alınıb.
Bunlardan 33-ü silahlı insidentlə əlaqəli olub.
Ümumilikdə isə bu cür hücumlar nəticəsində 211 nəfər ölüb.