ABŞ-da iki hərbi helikopter toqquşub

Dünya

30.03.2023 - 13:02

Hadisə Kentukki ştatında təlim zamanı baş verib

Martın 29-da axşam saatlarında ABŞ-ın Kentukki ştatında təlim zamanı iki hərbi helikopter toqquşub. AYNA xəbər verir ki, bu barədə “The New York Times” ABŞ ordusundakı mənbəyə istinadən məlumat yayıb.

Qeyd olunub ki, söhbət iki HH60 “Black Hawk” helikopterindən gedir. Ekipajın vəziyyəti ilə bağlı məlumat yoxdur.

Kentukki qubernatoru Endi Beşir hadisəni təsdiqləyib. O bildirib ki, qəza nəticəsində insan tələfatı mümkündür.

Xilasetmə xidmətləri və hüquq-mühafizə orqanlarının əməkdaşları toqquşma yerində iş aparıblar.

Müəllif: Ayna.az