ABŞ-da bir gündə 1339 nəfər virusun qurbanı olub

Dünya

07.04.2020 - 19:11

Həkimlər Klinikalar SEO Xidməti

ABŞ-ı 140 min 510 yoluxma ilə İspaniya izləyir

 

ABŞ-da koronavirusa yoluxanların və ölənlərin sayı günbəgün artır. AYNA xarici mətbuata istinadən xəbər verir ki, koronavirusa yoluxma hallarına görə dünyada birinci olan Birləşmiş Ştatlarda 1 gündə 1339 nəfər koronavirusdan həyatını itirib.

 

Con Hopkins Universitetinin paylaşdığı son məlumatlara görə, virusa yoluxanların sayı son 24 saatda 30 min 478 nəfər artaraq 368 min 449-a, ölənlərin sayı isə 1339 nəfər artaraq 10993-ə çatıb.

 

Statistikaya əsasən, ABŞ-ı 140 min 510 yoluxma ilə İspaniya və 132 min 547 yolxuma ilə İtaliya izləyir.

Müəllif: Ayna.az

Pin up casino Pin-up casino giriş