Poliomelit virusların törətdiyi infeksion xəstəlikdir
ABŞ-da uzun illərdən sonra ilk dəfə poliomelit xəstəsi aşkar edilib. AYNA-nın xəbərinə görə, bu barədə Nyu-York ştatının Səhiyyə Departamenti məlumat yayıb.
Departament əhaliyə xəbərdar edib ki, şəhərin Roklend dairəsində poliomelitə yoluxma müəyyən edilib. Faktı federal qurumlar da təsdiqləyib.
Rəsmi statistikaya görə ABŞ-da poliomelitə ölkədaxili yoluxma sonuncu dəfə 1979-cu ildə qeydə alınıb. 1993-də aşkar eidlən xəstə isə xaricdə yoluxmuşdu.
Qeyd edək ki, poliomelit virusların törətdiyi infeksion xəstəlik olub sinir sistemini iflic edir.