ABŞ-da 158 avtomobil toqquşub: 7 nəfər ölüb, 25-dən çox şəxs yaralanıb

Dünya

24.10.2023 - 13:51

cedabet dərman SEO Xidməti

Qəza nəticəsində yanğınlar baş verib, avtomobillərin tüstülənməsi xilasetmə işlərinə mane olub

ABŞ-ın Luiziana ştatında əsas magistralda 158 avtomobil toqquşub. AYNA-nın xəbərinə görə, “New York Post” yerli hakimiyyət orqanlarına istinadən xəbər verir ki, qəza qatı duman və dumanın səbəb olduğu zəif görmə səbəbindən baş verib.

Hadisə şahidlərinin sözlərinə görə, avtomobillər yarım saat ərzində bir-birinə çırpılıb. Nəticədə 7 nəfər ölüb, 25-dən çox şəxs yaralanıb.

Bir avtomobil körpüdən aşaraq Ponçartren gölünə düşüb. Polis sürücünün xəsarət almadığını bildirib.

Qəza nəticəsində yanğınlar baş verib, avtomobillərin tüstülənməsi xilasetmə işlərinə mane olub.

Ştatın qubernatoru qan donorlarına müraciət edərək zərərçəkənlərə yardım göstərilməsini istəyib.

Qəza səbəbindən magistralın hər iki istiqamətində nəqliyyatın hərəkəti dayandırılıb.

Müəllif: Ayna.az

Pin up casino Pin-up casino giriş