ABŞ Çində bəzi şəxslərə və şirkətlərə qarşı sanksiyalar tətbiq edib

Dünya

09.12.2022 - 19:25

ABŞ Çinə qarşı sanksiyaları genişləndirib

ABŞ Maliyyə Nazirliyi Maqnitski aktı çərçivəsində Çinin bir sıra şirkətlərini və iki şəxsi sanksiya siyahısına əlavə edib.

AYNA xarici KİV-ə istinadən xəbər verir ki, bu barədə ABŞ Maliyyə Nazirliyi məlumat yayıb.

Məhdudiyyətlər insan hüquqlarının pozulmasında iştiraka görə tətbiq edilir.

Bundan əlavə, sanksiyalara məruz qalan şirkətlərlə əlaqəli olan Çin bayrağı altında üzən 157 gəmiyə məhdudiyyətlər qoyulur.

Müəllif: Ayna.az