ABŞ BMT Təhlükəsizlik Şurasının təcili iclasını çağırıb

Dünya

15.01.2026 - 14:31

ABŞ İrandakı hadisələrlə bağlı Təhlükəsizlik Şurasının təcili iclasının keçirilməsini təklif edib

ABŞ İrandakı hadisələrlə bağlı BMT Təhlükəsizlik Şurasının təcili iclasının keçirilməsini təklif edib. AYNA.AZ xəbər verir ki, bu barədə “The Guardian“ məlumat yayıb.

Bildirilib ki, iclasın bu gün keçirilməsi planlaşdırılır.

Bundan başqa, “The Guardian“ın məlumatına görə, bir neçə gün əvvəl İranda ölüm cəzasına məhkum olunduğu deyilən Erfan Soltaninin edamının təxirə salındığı ilə bağlı ailəsinə məlumat verilib.

Bundan əvvəl ABŞ Prezidenti Donald Tramp İranda edamların planlaşdırılmadığını və bunu etibarlı mənbələrdən eşitdiyini deyib.

Müəllif: Ayna.az

Pin up casino Pin-up casino giriş