A seriyasının liderləri xal itiriblər

İdman

27.10.2019 - 00:54

İtaliya A seriyasında IX tur davam edir

 

 İkinci oyun günündə üç qarşılaşma baş tutub. AYNA-nın APA-ya istinadən  məlumatına görə, çempionatın liderləri günü itki ilə başa vurublar. “Yuventus” səfərdə “Leççe” ilə, “İnter” evdə “Parma”yla heç-heçə edib. “Cenoa” isə “Breşia”ya qalib gəlib. 

 

Qeyd edək ki, tura oktyabrın 27-də yekun vurulacaq.

 

İtaliya A seriyası


IX tur


25 oktyabr


“Verona” – “Sassuolo” – 0:1
Curiçiç, 50


26 oktyabr


“Leççe” – “Yuventus” – 1:1
Mankosu, 56 (pen.) – Dibala, 50 (pen.)


“İnter” – “Parma” – 2:2
Kandreva, 23, Lukaku, 51 – Karamo, 26, Jervinyo, 30


“Cenoa” – “Breşia” – 3:1
Aqudelo, 66, Kouame, 75, Pandev, 79 - Tonali, 34

 

Müəllif: Ayna.az