“Liverpul” “Olimpiakos”un müdafiəçisini transfer edib

İdman

11.08.2020 - 06:51

24 yaşlı futbolçu 21 nömrəli futbolka ilə çıxış edəcək

 

İngiltərənin “Liverpul” klubu heyətinə yeni futbolçu qatıb.

 

AYNA-nın Apasport.az-a istinadən  məlumatına görə, Premyer Liqanın çempionu yunanıstanlı müdafiəçi Kostas Simikası transfer edib.

 

24 yaşlı futbolçu 21 nömrəli futbolka ilə çıxış edəcək. Mersisaydlılar müdafiəçi üçün “Olimpiakos”a 11,7 milyon funt sterlinq ödəyib.

 

Qeyd edək ki, Simikas ötən mövsüm bütün turnirlərdə ümumilikdə 41 oyun keçirib.

Müəllif: Ayna.az