Daha bir İstanbul nəhəngi kubokla vidalaşıb
Futbol üzrə Türkiyə kubokunda 1/4 final mərhələsinin oyunları keçirilir.
AYNA xəbər verir ki, ikinci oyun günündə “Qalatasaray” da “Alanyaspor”la doğma meydanda baş tutan oyundan məğlub ayrılıb. Beləcə, daha bir İstanbul nəhəngi kubokla vidalaşıb.
Bundan öncə isə “Fənərbaxça” “Başakşəhər”a 1:2 hesabı ilə uduzaraq kubokda mübarizəni dayandırmışdı.
Türkiyə kuboku
1/4 final
10 fevral
Qalatasaray – Alanyaspor 2:3
Qol: Mustafa, 83. J.Fernandes, 90+4 – Babakar, 30; 48-pen. S.Uçan, 41.