Zukerberq: “Facebook”da radikal dəyişikliklər olacaq

Dünya

01.02.2020 - 23:33

Həkimlər Klinikalar SEO Xidməti

“Bu yeni yanaşmadır, düşünürəm ki, çoxlarını hirsləndirəcək"

 

“Facebook” rəhbəri Mark Zukerberq sosial şəbəkədə radikal dəyişikliklər edəcəyini açıqlayıb.

 

AYNA oxu.az-a istinadən xəbər verir ki, Zukerberqin sözlərinə görə, daha əvvəl “Facebook” hər kəsin xoşuna gəlmək üçün heç kimi incitməməyə çalışıb, lakin bu səbəbdən kompaniyanın prinsipləri zərər görüb.

 

“Bu yeni yanaşmadır, düşünürəm ki, çoxlarını hirsləndirəcək. Lakin əgər düzünü desək, elə köhnə yanaşma da çoxlarını hirsləndirirdi, ona görə də gəli,n yeni nəsə yoxlayaq”, - Zukerberq bildirib.

 

Sosial şəbəkənin rəhbəri “Facebook”da terrorçuluq, zorakılığa çağırış və ya uşaqların istismarı ilə əlaqəli zərərli kontentə əvvəlki kimi yer olmayacağını vurğulayıb. Bununla yanaşı əlavə edib ki, kontent müəllifləri üçün ifadə azadlığının başladığı bir növ sərhəd olmalıdır.

Müəllif: Ayna.az

Pin up casino Pin-up casino giriş