Zimbabvedə quraqlıq fəlakəti: fövqəladə vəziyyət elan edilib

Dünya

04.04.2024 - 12:30

cedabet Klinikalar SEO Xidməti

“Biz zərər çəkmiş icmalara kömək etmək və bu fəlakətin təsirini azaltmaq üçün resursları səfərbər edirik”

Sakit Okeanda suyun səthinin temperaturu qeyri-normal yüksəldiyi üçün Zimbabvedə fəlakətli quraqlıq yaranıb. Ona görə də Zimbabve Prezidenti Emmerson Mnanqaqva ölkədə milli fəlakət elan edib. AYNA xəbər verir ki, bu barədə Prezident “X” sosial şəbəkə hesabında yazıb.

“Biz zərər çəkmiş icmalara kömək etmək və bu fəlakətin təsirini azaltmaq üçün resursları səfərbər edirik. Bu çətin günlərdə həmrəyyik”, - deyə Afrika ölkəsinin lideri bildirib.

“The Guardian” xəbər verir ki, son mətbuat konfransında Mnanqave qeyd edib ki, quraqlıq səbəbindən 2,7 milyon zimbabveli 2024-cü ildə kifayət qədər qidaya malik olmayacaq. Fəlakətin təsirini azaltmaq üçün ölkənin 2 milyard dollara ehtiyacı var.

Müəllif: Ayna.az

Pin up casino Pin-up casino giriş