Zəngəzurun tarixinə dair yeni kitab hazırlanıb

Xəbərlər

30.08.2021 - 16:55

“Zəngəzur mahalının kameral təsviri” işıq üzü görüb

 

AMEA-nın Abbasqulu Ağa Bakıxanov adına Tarix İnstitutu Zəngəzurun tarixinə dair bir sıra mühüm nəşrlər hazırlayır. İnstitutun Elmi şurasının qərarına uyğun olaraq Zəngəzur tarixinə dair unikal mənbə - “Zəngəzur mahalının kameral təsviri” işıq üzü görüb.  Bu barədə AYNA-ya İnstitutdan bildirilib.

 

Qeyd olunub ki, kameral təsvir Rusiya imperiyası tərəfindən iqtisadi-fiskal məqsədlə aparılan əhali qeydiyyatının bir forması idi. Buna baxmayaraq, bu mənbə orada yaşayan əhalinin nəsli şəcərəsinin bərpası, yer adları və digər məsələlər haqqında da məlumat verir və tarixin bərpasında ciddi rola malikdir. 1832-1833-cü illərə aid kameral təsvir Zəngəzurun tarixi Azərbaycan torpaqları olmasını, ermənilərin köçürülməsi nəticəsində əhalinin etno-demoqrafik tərkibində baş verən dəyişiklikləri də izləməyə imkan verir.

 

Kitaba Tarix institutunun baş direktoru tarix elmləri doktoru, professor Kərim Şükürov “Ön söz” yazıb. Kitabı nəşrə fəlsəfə doktoru Nazir Əhmədli hazırlayıb.

 

Qeyd edək ki,, yaxın vaxtlarda Zəngəzur tarixinə dair yeni nəşrlər də çap olunacaq.

Müəllif: Ayna.az