Zelenski Zalujnını Britaniyaya səfir təyin edib

Dünya

09.05.2024 - 21:21

Zalujnı səhhətinə görə hərbi xidmətdən uzaqlaşdırılıb

Ukrayna Prezidenti Vladimir Zelenski Ukrayna ordusunun keçmiş baş komandanı Valeri Zalujnını Böyük Britaniyaya fövqəladə və səlahiyyətli səfir təyin edib.

AYNA xəbər verir ki, müvafiq fərman dövlət başçısının saytında dərc olunub.

Bundan əvvəl Zelenski Zalujnını səhhətinə görə hərbi xidmətdən uzaqlaşdırmışdı.

Qeyd edək ki, Valeri Zalujnı Ukrayna ordusunun baş komandanı olub.

Müəllif: Ayna.az